Semantik Axtarış
Məlumat bazasını seçin və axtardığınızı təxmini daxil edin.
Video Təqdimat
Semantik Axtarış nədir?
Bəzən axtarış edərkən açar sözləri dəqiq seçmədiyimiz üçün istədiyimizi rahat tapa bilmirik. Çünki dəqiq axtarış daxil edilən açar sözlərin mətndə rast gəlinməsinə əsaslanır, məzmun və mənaca uyğunluğu nəzərə almır. Beləliklə, daxil edilən açar sözlər mətndə tapılmadıqda dəqiq axtarış heç bir nəticə vermir.
Semantik axtarış isə süni zəkanın köməyilə axtarış ifadəsinə mənaca uyğun gələn məlumatı tapır. Dəqiq axtarışdan fərqli olaraq, məlumatın və açar sözlərin məzmununu, mahiyyətini nəzərə alır. İstifadəçini başa düşməyə çalışır, axtarılan məlumatı daha tez və rahat tapmağa yardım edir.
Semantik axtarış istənilən növ məlumat bazasına tətbiq edilə bilər. Məsələn, saytınızdakı sual-cavab bölümü, oxşar məqalələr və xəbərlər, tövsiyə sistemləri, müqavilə və ya sənəd arxivi, xəbərlər və elanlar toplusu, təlimlər və təqdimatlar, elmi məqalələr və tədqiqatlar, insan resursları bazası, forumlar və şərhlər, onlayn kitabxana və s.
Əgər siz də məlumat bazanızı semantik axtarışla daha əlçatan və asan axtarılan etmək, süni zəka həllərini inteqrasiya etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!